Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
Vəzifə öhdəlikləri:
- Server tərəfi üzrə (Backend) servislərin və API-lərin hazırlanması, dəstəklənməsi və davamlı inkişaf etdirilməsinin təmin edilməsi.
- Database, cache və message queue sistemləri ilə işlənilməsi, onların effektiv və stabil fəaliyyətinin təmin edilməsi.
- Code review proseslərində və texniki müzakirələrdə iştirak edilməsinin təmin edilməsi.
- Production mühitində yaranan problemlərin və performans çatışmazlıqlarının araşdırılması, təhlil edilməsi və həll olunması.
- Təhlükəsizlik standartlarına və proqramlaşdırma üzrə best practice-lərə riayət edilməsinin təmin edilməsi.
- CI/CD və deployment proseslərinə dəstəyin göstərilməsi və proseslərin təkmilləşdirilməsində iştirak edilməsi.
- Mövcud sistemlərin modernizasiyasına və texniki inkişafına töhfələrin verilməsi.
- Mənbə kodlarının analiz edilməsinin, ehtiyaca uyğun dəyişikliklərin icra edilməsinin, həmçinin unit və inteqrasiya testlərinin hazırlanmasının təmin edilməsi.
- Keyfiyyətli, oxunaqlı və sənədləşdirilmiş kodların yazılmasının təmin edilməsi.
- Risklərin və səmərəsiz həll yollarının müəyyənləşdirilməsi, onların aradan qaldırılması məqsədilə ideya və təkliflərin təhlil olunması.
- Yeni texnologiyaların araşdırılması, qiymətləndirilməsi və tətbiq olunmasının təmin edilməsi.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə).
- C# (.NET Core / .NET Framework) ilə backend proqramlaşdırmada minimum 5 illik təcrübə.
- PostgreSQL, SQL Server, MongoDB və Redis verilənlər bazaları ilə işləmə bacarığı.
- OOP, Design patterns, Design principles yanaşmaları üzrə biliklər.
- REST API-lərin hazırlanması və digər sistemlərlə inteqrasiyada təcrübə.
- TDD və BDD yanaşmaları üzrə praktiki təcrübə (NUnit, xUnit və s.).
- CI/CD, Docker və Kubernetes ilə işləmə bacarığı.
- SignalR və Websocket ilə işləmə bacarığı.
- RabbitMQ, Kafka və ya digər message queue sistemləri ilə asinxron işləmə bacarığı.
- Təhlükəsiz identifikasiya və avtorizasiya üzrə biliklər (JWT, OAuth2, OpenID Connect).
- GitHub Copilot, ChatGPT, Claude, Cursor və oxşar AI alətləri ilə işləmə təcrübəsi.
- AI-dən kod generasiyası, refaktorinq, debug, testlərin yaradılması və texniki sənədləşmə üçün effektiv istifadə bacarığı.
- Frontend (React / Angular) biliklərinin olması üstünlükdür.
- Güclü analitik düşünmə, problem həll etmə və detallara yüksək diqqət bacarığı.
- Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı.
- Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi üstünlükdür).
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü : Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- Son müraciət tarixi: 18.07.2026.
Təminatlar:
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
