geo

Зия Буниятов 86b
Баку, Азербайджан

Proqram təminatının hazırlanması üzrə baş mütəxəssis (Senior Fullstack Developer)

Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru

Tabeçilik:  Sektor müdiri

İşin təsviri

  • Layihənin biznes tələblərinə uyğun təhlilini, layihələndirilməsini, hazırlanmasını, test edilməsini və istismara verilməsini həyata keçirmək.
  • Proqram təminatının server (Backend) və istifadəçi interfeysi (Frontend) hissələrini hazırlamaq, onların uyğunluğunu və vahid sistem kimi işləməsini təmin etmək.
  • Mövcud daxili informasiya sistemləri ilə inteqrasiyaları (API, verilənlər mübadiləsi, istifadəçi autentifikasiyası və s.) layihələndirmək və həyata keçirmək.
  • Biznes tələblərini texniki tələblərə çevirmək, sistem arxitekturasını, məlumat modelini və verilənlər bazasının strukturunu layihələndirmək.
  • REST API xidmətlərini hazırlamaq, sənədləşdirmək, onların təhlükəsizliyini və performansını təmin etmək.
  • Proqram kodunun keyfiyyətinə, oxunaqlılığına və kodlaşdırma standartlarına uyğunluğuna nəzarət etmək, Code Review prosesində iştirak etmək.
  • Hazırlanan funksionallıqlar üzrə vahid (Unit) və inteqrasiya testlərini hazırlamaq, aşkar edilmiş xətaları aradan qaldırmaq.
  • Git və digər versiya idarəetmə alətlərindən istifadə etməklə kod dəyişikliklərini idarə etmək, dəyişiklikləri test mühitində yoxlamaq və təsdiqdən sonra istismar mühitinə tətbiq etmək.
  • Proqram təminatının avtomatik yığılması və yerləşdirilməsi (CI/CD) proseslərinin qurulmasında və dəstəklənməsində iştirak etmək.
  • Təhlükəsiz kodlaşdırma prinsiplərinə, giriş hüquqlarının idarə edilməsinə, fərdi məlumatların və məxfi informasiyanın qorunması tələblərinə riayət etmək.
  • İstismarda olan sistemlərdə yaranan xətaları və nasazlıqları araşdırmaq, onların səbəblərini müəyyənləşdirmək və aradan qaldırmaq.
  • Sistemin performansını, sabitliyini və genişlənmə imkanlarını təhlil etmək, optimallaşdırma və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq.
  • Proqram təminatının arxitekturası, API-lər, quraşdırma və istismar qaydaları üzrə texniki sənədləri hazırlamaq və aktual saxlamaq.
  • İstifadəçilərdən və aidiyyəti struktur bölmələrdən daxil olan tələbləri təhlil etmək, onların prioritetləşdirilməsində iştirak etmək.
  • Layihə rəhbəri, biznes analitik, dizayner və digər texniki mütəxəssislərlə əməkdaşlıq etmək, tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək.

Namizədə dair tələblər

  • Kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, proqram mühəndisliyi və ya uyğun texniki ixtisas üzrə ali təhsil.
  • Proqram təminatının hazırlanması (Fullstack) sahəsində ən azı 3 il iş təcrübəsi.
  • Daxili korporativ sistemlərin hazırlanması və inteqrasiyası, o cümlədən Ticket/Helpdesk sistemləri üzrə təcrübə üstünlükdür.
  • C#/.NET, Java, Node.js, Python və ya analoji Backend texnologiyalarından biri üzrə peşəkar biliklər.
  • HTML, CSS, JavaScript/TypeScript və React, Angular, Vue.js və ya analoji Frontend freymvorklarından biri ilə işləmək bacarığı.
  • MS SQL Server, PostgreSQL, MySQL və ya analoji verilənlər bazaları ilə işləmək, SQL sorğuları yazmaq və optimallaşdırmaq bacarığı.
  • REST API-lərin hazırlanması və sistemlərarası inteqrasiyaların həyata keçirilməsi üzrə bilik və təcrübə.
  • OAuth 2.0, JWT, LDAP/Active Directory və digər autentifikasiya və avtorizasiya mexanizmləri üzrə biliklər.
  • Proqram arxitekturası, Design Patterns və SOLID prinsipləri üzrə biliklər.
  • Unit və inteqrasiya testlərinin hazırlanması, proqram təminatında xətaların aşkarlanması və aradan qaldırılması üzrə təcrübə.
  • Git, CI/CD, Docker və proqram təminatının yerləşdirilməsi (Deployment) prosesləri ilə işləmək bacarığı.
  • Postman, Swagger və ya analoji API test və sənədləşdirmə alətləri ilə işləmək bacarığı.
  • Agile/Scrum metodologiyaları və proqram təminatının hazırlanmasının həyat dövrü (SDLC) üzrə biliklər.
  • Təhlükəsiz kodlaşdırma prinsipləri və OWASP Top 10 üzrə biliklər.
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis dilini texniki sənədlərlə işləmək  səviyyəsində bilmək; rus dilini bilmək üstünlükdür.
  • Analitik düşüncə, mürəkkəb texniki problemləri araşdırmaq və həll etmək, texniki qərarları əsaslandırmaq bacarığı.
  • Komanda ilə işləmək, konstruktiv rəy vermək və qəbul etmək, vaxtı düzgün planlaşdırmaq və məsuliyyətli olmaq bacarığı.

Əlavə məlumat

  • İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
  • Vakansiya növü: tam ştat.
  • İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B).
  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Təminatlar

  • Push30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • Texnologiyalar parkının rezidenti olaraq tətbiq edilən vergi güzəştləri.
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx