geo

Зия Буниятов 86b
Баку, Азербайджан

Montaj işləri üzrə fəhlə

Struktur bölmə: Layihə üzrə kabel montaj və icra sektoru

Funksional tabeçilik: Sektor müdiri (Baş montajçı)

 

Vəzifə öhdəlikləri:

  • Müxtəlif təyinatlı montaj işlərinin icrasında iştirak edir və verilmiş tapşırıqları müəyyən edilmiş texniki tələblərə uyğun yerinə yetirir.
  • Avadanlıqların, konstruksiyaların, kabel sistemlərinin, boru xətlərinin, dayaqların və digər montaj elementlərinin quraşdırılması işlərində iştirak edir.
  • Montaj işləri üçün tələb olunan materialların, alətlərin və avadanlıqların hazırlanmasını, iş sahəsinə çatdırılmasını və düzgün yerləşdirilməsini təmin edir.
  • Montaj işlərinin icrası zamanı montajçılara texniki və fiziki dəstək göstərir, yardımçı əməliyyatları yerinə yetirir.
  • Avadanlıqların, materialların və konstruksiya elementlərinin daşınması, qaldırılması, yerləşdirilməsi və quraşdırılması proseslərində iştirak edir.
  • İstifadə olunan əl alətləri və mexaniki avadanlıqlardan təyinatına uyğun və təhlükəsiz şəkildə istifadə edir.
  • İş prosesində aşkar edilmiş nasazlıqlar, uyğunsuzluqlar və təhlükəli hallar barədə rəhbərliyə məlumat verir.
  • Montaj sahəsinin hazırlanmasını, təmiz saxlanılmasını və iş üçün yararlı vəziyyətdə olmasını təmin edir.
  • Materialların və avadanlıqların düzgün saxlanılmasına və səmərəli istifadəsinə riayət edir.
  • İşlərin müəyyən edilmiş qrafikə, istehsalat tapşırıqlarına və keyfiyyət tələblərinə uyğun icrasını təmin edir.
  • Əmək mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat intizamı qaydalarına riayət edir, fərdi mühafizə vasitələrindən düzgün istifadə edir.
  • Struktur bölmə rəhbəri tərəfindən səlahiyyətləri çərçivəsində verilən digər montaj və istehsalat xarakterli tapşırıqları yerinə yetirir.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Orta, orta-ixtisas və ya peşə təhsili
  • Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur. (sahə üzrə iş təcrübəsinin olması üstünlük hesab edilir)
  • Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığına malik olmaq.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü : Tam ştat
  • Müqavilə müddəti: Müddətli əmək müqaviləsi (6 aylıq)
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
  • Son müraciət tarixi: Layihələr olduğu müddətdə

Təminatlar:

  • Push 30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx