Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
Vəzifə öhdəlikləri:
- Biznes və texniki tələbləri təhlil edərək test ssenariləri və test planları hazırlayır.
- Yeni hazırlanmış funksionallıqların və mövcud sistemlərdə edilən dəyişikliklərin keyfiyyət standartlarına uyğunluğunu yoxlayır.
- Manual testlərin icrasını həyata keçirir və nəticələrini sənədləşdirir.
- Aşkarlanmış qüsurları (bug/defect) qeydiyyata alır, izləyir və aradan qaldırılması prosesinə nəzarət edir.
- Funksional, inteqrasiya, sistem, reqressiya, testlərini planlaşdırır və icra edir.
- API və verilənlər bazası səviyyəsində yoxlamalar aparır.
- Tərtibatçılar, biznes analitiklər, məhsul sahibləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək keyfiyyət risklərini vaxtında müəyyən edir.
- Test nəticələri üzrə müntəzəm hesabatlar hazırlayır və təqdim edir.
- Məhsulun keyfiyyət standartlarına və biznes tələblərinə uyğunluğunu təmin edir.
- İstifadəçi Qəbul Testləri (UAT) prosesində iştirak edir və müvafiq dəstək göstərir.
- Test proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təkliflər verir.
- Layihə müddətlərinə uyğun olaraq test fəaliyyətlərini planlaşdırır və icra edir.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Ali təhsil (İT və ya müvafiq sahə üzrə).
- QA mühəndisi və ya proqram təminatının test edilməsi sahəsində minimum 5 il iş təcrübəsi.
- Proqram təminatının hazırlanması və test edilməsi həyat dövrləri (SDLC və STLC) üzrə nəzəri və praktiki biliklər;
- Manual testlərin planlaşdırılması, hazırlanması və icrası sahəsində təcrübə.
- Test ssenarilərinin (Test Cases), test planlarının və test hesabatlarının hazırlanması bacarığı.
- Funksional, inteqrasiya, sistem, reqressiya (regression) və istifadəçi qəbul testləri (UAT) üzrə təcrübə;
- Proqram təminatındakı qüsurların (defektlərin) aşkarlanması, sənədləşdirilməsi, prioritetləşdirilməsi və izlənilməsi üzrə bilik və təcrübə.
- SQL sorğularının yazılması və verilənlər bazaları ilə işləmək bacarığı.
- REST API-lərin test edilməsi üzrə bilik və təcrübə (Postman, Swagger və oxşar alətlər.
- Agile/Scrum metodologiyaları üzrə biliklər.
- Testlərin avtomatlaşdırılması sahəsində təcrübə (Selenium, Cypress, Playwright və ya analoji alətlər).
- Güclü analitik düşünmə, problem həll etmə və detallara yüksək diqqət bacarığı.
- Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi üstünlükdür).
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü : Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- Son müraciət tarixi: 18.07.2026.
Təminatlar:
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
