Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
Vəzifə öhdəlikləri:
- Mənbə kodlarının analiz edilməsi və ehtiyaclara uyğun dəyişikliklərin icra olunması.
- Back-end proqramçılar ilə sıx əməkdaşlıq edilərək funksional, effektiv və tələblərə tam cavab verən interfeyslərin hazırlanması.
- Unit və inteqrasiya testlərinin yazılması və dəstəklənməsi.
- Keyfiyyətli, oxunaqlı və sənədləşdirilmiş kodların hazırlanması.
- Risklərin və səmərəsiz həll yollarının müəyyənləşdirilməsi, onların aradan qaldırılması məqsədilə ideya və təkliflərin təhlil olunması.
- Yeni texnologiyaların araşdırılması, qiymətləndirilməsi və tətbiq olunması.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə)
- Front-end proqramlaşdırma sahəsində minimum 5 il iş təcrübəsi.
- HTML, CSS və JavaScript (ES6+) üzrə dərin biliklər.
- Unit və inteqrasiya testlərinin yazılması üzrə təcrübə, Jest və oxşar test framework-ləri ilə işləmə bacarığı.
- GitHub/GitLab versiya nəzarət sistemləri və task management alətləri ilə işləmə təcrübəsi.
- AI-dən kod generasiyası, refaktorinq, debug, testlərin yaradılması və texniki sənədləşmə üçün effektiv istifadə bacarığı.
- React ekosistemi üzrə güclü nəzəri və praktiki biliklər.
- RESTful API-lərlə inteqrasiya və işləmə təcrübəsi.
- Next.js, TypeScript, Webpack, Chakra UI və Node.js/Express.js texnologiyaları üzrə biliklər.
- Mikrofrontend arxitekturası, Docker, Nginx və Agile/Scrum metodologiyaları üzrə biliklər.
- Güclü analitik düşünmə və problem həll etmə bacarıqları.
- Mürəkkəb məlumatları analiz etmək və onları aydın, strukturlaşdırılmış şəkildə təqdim etmək bacarığı.
- Detallara yüksək diqqət və keyfiyyət yönümlü yanaşma.
- Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq bacarığı.
- Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi üstünlükdür).
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü : Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- Son müraciət tarixi: 18.07.2026.
Təminatlar:
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
