geo

Зия Буниятов 86b
Баку, Азербайджан

Elektrik təchizatı və fasiləsiz enerji təchizatı sistemləri üzrə mühəndis

Struktur bölmə: Layihə üzrə kabel, montaj və icra sektoru

Tabeçilik: Sektor müdiri (Baş montajçı)

İşin təsviri

  • Elektrik təchizatı və fasiləsiz enerji təchizatı (UPS) sistemləri üzrə layihələrin texniki həllərini hazırlamaq, layihələndirmə və texniki hesablamaları həyata keçirmək.
  • Elektrik sistemləri üzrə çertyojları, elektrik sxemlərini və digər texniki layihə sənədlərini hazırlamaq və yeniləmək.
  • Elektrik, UPS və əlaqəli sistemlər üzrə iş həcmlərinin cədvəlini (BoQ), material, avadanlıq və komponent siyahılarını hazırlamaq.
  • Texniki spesifikasiyalara uyğun elektrik avadanlıqlarını, UPS sistemlərini və əlaqəli komponentləri seçmək, alternativ məhsulları texniki göstəricilər baxımından qiymətləndirmək.
  • Tenderlər üçün elektrik və UPS sistemləri üzrə texniki tapşırıqları hazırlamaq, tender sənədlərini, texniki spesifikasiyaları və iş həcmlərini təhlil etmək, aşkar edilmiş qeyri-müəyyənliklərlə bağlı dəqiqləşdirici suallar hazırlamaq.
  • Təsdiq edilmiş layihə çertyojlarını və texniki sənədləri sahə işçilərinə təqdim etmək, quraşdırma işlərinin həmin sənədlərə və layihə tələblərinə uyğun yerinə yetirilməsinə texniki nəzarət etmək.
  • Elektrik işlərinin keyfiyyətini, tətbiq olunan texnologiyanın və quraşdırılmış sistemlərin layihə tələblərinə uyğunluğunu yoxlamaq.
  • Elektrik və UPS sistemlərinin yoxlanılması və sınaqlarının təşkilinə nəzarət etmək, nəticələri qiymətləndirmək, texniki problemləri və uyğunsuzluqları müəyyənləşdirərək onların aradan qaldırılması üzrə həllər hazırlamaq.
  • Layihə üzrə faktiki görülmüş işlərin həcmini layihə sənədləri və BoQ ilə müqayisə etmək, fərqləri müəyyənləşdirmək və zəruri texniki dəyişiklikləri əsaslandırmaq.
  • Torpaqlama və ildırımdan mühafizə sistemlərinin layihələndirilməsini, quraşdırılmasını və müvafiq parametrlərinin ölçülməsini təmin etmək.
  • UPS akkumulyator batareyalarının, avtomatik ehtiyat keçid (ATS) qurğularının və ehtiyat enerji mənbələrinin (generatorların) elektrik sisteminə inteqrasiyasını təmin etmək.
  • İzolyasiya və torpaqlama müqavimətinin, eləcə də digər elektrik parametrlərinin ölçülməsini təşkil etmək, nəticələri sənədləşdirmək və ölçü cihazlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək.
  • Elektrik işlərinin təhlükəsiz icrasını təmin etmək, işçiləri təhlükəsizlik üzrə təlimatlandırmaq və elektrik təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək.
  • Layihələrin təhvil-təslim prosesində iştirak etmək, icra sənədlərini (as-built drawings) və tələb olunan texniki sənədləri hazırlamaq.
  • Layihələrin gedişatı, görülmüş işlər, texniki problemlər və risklər barədə aidiyyəti rəhbərliyə məlumat və hesabatlar təqdim etmək.
  • Sahə işçiləri, təchizatçılar və digər struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək, tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək.

Namizədə dair tələblər

  • Elektrik mühəndisliyi, energetika, əlaqəli texniki ixtisas üzrə ali təhsil və ya orta ixtisas təhsili.
  • Elektrik sistemlərinin layihələndirilməsi və quraşdırılması, eləcə də UPS sistemləri üzrə azı 3 il praktiki iş təcrübəsi.
  • Elektrik təchizatı və UPS sistemlərinin iş prinsipləri, layihələndirilməsi, quraşdırılması və texniki hesablamaları üzrə biliklər.
  • Elektrik sxemlərini, layihə çertyojlarını, texniki spesifikasiyaları və istehsalçıların texniki sənədlərini oxumaq və təhlil etmək bacarığı.
  • Elektrik avadanlıqları, qoruyucu aparatları, paylayıcı panellər, kabellər və UPS sistemləri üzrə biliklər.
  • Tender sənədlərinin, texniki tapşırıqların və iş həcmlərinin təhlili, BoQ və material siyahılarının hazırlanması üzrə bacarıqlar.
  • Torpaqlama, ildırımdan mühafizə, avtomatik ehtiyat keçid (ATS) və ehtiyat enerji mənbələri sistemləri üzrə biliklər.
  • Elektrik təhlükəsizliyi üzrə 1000 V-dək elektrik qurğularında işləmək üçün azı IV buraxılış qrupuna malik olmaq.
  • Elektrik işlərinin təhlükəsiz təşkili, ölçü cihazlarından istifadə, sınaq nəticələrinin qiymətləndirilməsi və texniki uyğunsuzluqların aradan qaldırılması üzrə bacarıqlar.
  • AutoCAD və ya analoji layihələndirmə proqramları ilə işləmək bacarığı.
  • Microsoft Excel proqramında BoQ, material siyahıları və hesablama cədvəlləri hazırlamaq, Microsoft Word və Outlook proqramlarından istifadə etmək bacarığı.
  • Bitrix24 və ya analoji proqram təminatlarından istifadə bacarığı.
  • ETAP, EPLAN və ya analoji elektrik hesablama və sxem proqramları ilə işləmək bacarığı üstünlükdür.
  • Data mərkəzləri, server otaqları və ya kommersiya obyektlərinin elektrik təchizatı layihələrində iş təcrübəsi üstünlükdür.
  • Elektrik mühəndisliyi, enerji təchizatı və ya UPS sistemləri üzrə əlavə təlim və sertifikatlara malik olmaq üstünlükdür.
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis dilini texniki sənədlərlə işləmək üçün bilmək, rus dili biliyi üstünlükdür.
  • Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik, müstəqil qərarvermə, işləri prioritetləşdirmək və vaxtı düzgün planlaşdırmaq bacarığı.
  • Komanda ilə işləmək, işgüzar kommunikasiya qurmaq və texniki problemlərin həlli üzrə təkliflər vermək bacarığı.

Əlavə məlumat

  • İş vaxtı: Həftədə 5 gün, 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
  • Vakansiya növü: Tam ştat.
  • İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B).
  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Təminatlar

  • Push30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx