geo

Зия Буниятов 86b
Баку, Азербайджан

Keyfiyyət təminatı üzrə Baş Mütəxəssis ( Senior QA Specialist)

Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru

Tabeçilik: Sektor müdiri

 

Vəzifə öhdəlikləri:

  • Biznes və texniki tələbləri təhlil edərək test ssenariləri və test planları hazırlayır.
  • Yeni hazırlanmış funksionallıqların və mövcud sistemlərdə edilən dəyişikliklərin keyfiyyət standartlarına uyğunluğunu yoxlayır.
  • Manual testlərin icrasını həyata keçirir və nəticələrini sənədləşdirir.
  • Aşkarlanmış qüsurları (bug/defect) qeydiyyata alır, izləyir və aradan qaldırılması prosesinə nəzarət edir.
  • Funksional, inteqrasiya, sistem, reqressiya, testlərini planlaşdırır və icra edir.
  • API və verilənlər bazası səviyyəsində yoxlamalar aparır.
  • Tərtibatçılar, biznes analitiklər, məhsul sahibləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək keyfiyyət risklərini vaxtında müəyyən edir.
  • Test nəticələri üzrə müntəzəm hesabatlar hazırlayır və təqdim edir.
  • Məhsulun keyfiyyət standartlarına və biznes tələblərinə uyğunluğunu təmin edir.
  • İstifadəçi Qəbul Testləri (UAT) prosesində iştirak edir və müvafiq dəstək göstərir.
  • Test proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təkliflər verir.
  • Layihə müddətlərinə uyğun olaraq test fəaliyyətlərini planlaşdırır və icra edir.

 

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali təhsil (İT və ya müvafiq sahə üzrə).
  • QA mühəndisi və ya proqram təminatının test edilməsi sahəsində minimum 5 il iş təcrübəsi.
  • Proqram təminatının hazırlanması və test edilməsi həyat dövrləri (SDLC və STLC) üzrə nəzəri və praktiki biliklər;
  • Manual testlərin planlaşdırılması, hazırlanması və icrası sahəsində təcrübə.
  • Test ssenarilərinin (Test Cases), test planlarının və test hesabatlarının hazırlanması bacarığı.
  • Funksional, inteqrasiya, sistem, reqressiya (regression) və istifadəçi qəbul testləri (UAT) üzrə təcrübə;
  • Proqram təminatındakı qüsurların (defektlərin) aşkarlanması, sənədləşdirilməsi, prioritetləşdirilməsi və izlənilməsi üzrə bilik və təcrübə.
  • SQL sorğularının yazılması və verilənlər bazaları ilə işləmək bacarığı.
  • REST API-lərin test edilməsi üzrə bilik və təcrübə (Postman, Swagger və oxşar alətlər.
  • Agile/Scrum metodologiyaları üzrə biliklər.
  • Testlərin avtomatlaşdırılması sahəsində təcrübə (Selenium, Cypress, Playwright və ya analoji alətlər).
  • Güclü analitik düşünmə, problem həll etmə və detallara yüksək diqqət bacarığı.
  • Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi üstünlükdür).

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü : Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
  • Son müraciət tarixi: 18.07.2026.

Təminatlar:

  • Push 30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx